Honduras İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters Honduras Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb İsrailin Qəzza zolağında humanitar qanunları pozduğu göstərilib.
Qeyd edək ki, bundan əvvəl Çili və Kolumbiya İsraildəki səfirlərini geri çağırıb, Boliviya isə İsraillə diplomatik münasibətləri kəsdiyini açıqlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
