Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Vladimir vilayətində yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, hücumun hədəfi Qus-Xrustalnı rayonunda yerləşən “Vladimir” Kosmik Rabitə Mərkəzi olub. Ukrayna komandanlığının məlumatına görə, zərbələr nəticəsində kompleksə aid iki bina ciddi zədələnib və ərazidə yanğın başlayıb.
Sözügedən mərkəz Rusiya hərbi strukturlarının maraqlarına xidmət edən peyk və uzaq məsafəli kosmik rabitə sistemlərinin fəaliyyətini təmin edir. Qeyd edək ki, bu, son bir həftə ərzində Rusiya ərazisindəki ikinci belə mühüm hədəfdir. Ukrayna tərəfi iyunun 22-də Moskva vilayətində yerləşən “Dubna” Kosmik Rabitə Mərkəzinə də hücum edildiyini bəyan etmişdi.
Natiq Səlim,
KONKRET.az
