ABŞ administrasiyası Türkiyənin milli döyüş təyyarəsi “TAI Kaan” üçün “General Electric” şirkətinin istehsalı olan onlarla aviasiya mühərrikini tədarük etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Konqresinin bir hissəsinin etirazlarına baxmayaraq, bu sövdələşməni reallaşdırmaqda qərarlıdır.
Sövdələşmənin ümumi dəyərinin 700 milyon dollardan çox olacağı bildirilir. Gözlənilir ki, razılaşma yaxın günlərdə yekunlaşacaq və bundan sonra Dövlət Departamenti Konqresə rəsmi bildiriş göndərəcək.
Xatırladaq ki, bu mühərriklər Türkiyənin 2016-cı ildən bəri müdafiə sənayesində özünütəminetmə kursu çərçivəsində hazırladığı ilk milli döyüş təyyarəsi olan “Kaan” layihəsi üçün nəzərdə tutulub. Sövdələşmənin NATO sammitindən dərhal əvvəl gündəmə gəlməsi Ankaranın hərbi aviasiya sahəsindəki imkanlarını genişləndirmək səylərinin dəstəklənməsi kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
