Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu – Rusiyadabackend

Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada

Rusiyanın Krasnodar diyarında “Mi-2” helikopterinin qəzaya uğraması nəticəsində pilot həlak olub.

KONKRET.az xəbər verir ki, hadisə iyunun 24-də günorta saatlarında Slavyansk rayonunun Prikubanski xutoru yaxınlığında qeydə alınıb. Kənd təsərrüfatı təyinatlı hava gəmisi sahələrin dərmanlanması zamanı qəzaya uğrayaraq yerə çırpılıb. Helikopterin yaxınlıqdakı pullu magistral yolun kənarına düşdüyü bildirilir. Hadisə yerinə dərhal xilasedicilər və əməliyyat qrupları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb İdarəsi tərəfindən uçuş qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır. Bir çox rəsmi dairələr vertolyotun göyərtəsində yalnız bir nəfərin — pilotun olduğunu və onun həyatını itirdiyini təsdiqləyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*