Çində zooparkda itləri panda kimi boyadılarbackend

Çində zooparkda itləri panda kimi boyadılar

Çinin Qufu şəhərində yerləşən zooparkın əməkdaşları turistlərin marağını çəkmək üçün çau-çau cinsindən olan itləri panda rənglərinə boyayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Məlumata görə, heyvanlar zooparkın canlı yayımında “panda-it” adı ilə nümayiş etdirilib.

Yayım zamanı bəzi izləyicilər pandaların istiyə həssas olduğunu xatırladaraq heyvanlar üçün kondisionerin işlədilib-işlədilmədiyini soruşublar. Bundan sonra yayımın aparıcısı onların əslində çau-çau itləri olduğunu etiraf edib.

Zoopark əməkdaşları bildiriblər ki, hazırda onların həqiqi pandaları saxlamaq üçün lazımi icazələri yoxdur. Buna görə də ziyarətçiləri əyləndirmək məqsədilə “panda-itlər” nümayiş etdirilib.

Rəhbərlik qeyd edib ki, heyvanların rənglənməsi peşəkar baxım salonunda, heyvanlar üçün təhlükəsiz boyalardan istifadə olunmaqla həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*