İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndibackend

İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndi

ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən İsrail-Livan danışıqlarının ilk günü heç bir irəliləyiş əldə olunmadan başa çatıb.

KONKRET.az xəbər verir ki, “Axios”un məlumatına görə, tərəflər İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasının miqyası və konkret müddətləri ilə bağlı ciddi fikir ayrılıqları yaşayırlar.

Danışıqların gərgin keçdiyi və tərəflərin mövqelərinin bir-birindən uzaq olduğu bildirilir. Hazırda ABŞ vasitəçiləri danışıqlar prosesini yenidən canlandırmaq, tərəflərin mövqelərini yumşaltmaq və dialoqu konstruktiv məcraya qaytarmaq üçün intensiv səylər göstərirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*