Daha bir Türkiyə serialının çəkilişi dayandırıldıbackend

Daha bir Türkiyə serialının çəkilişi dayandırıldı

Kanal D-də yayımlanan məşhur “Sadakatsiz” serialının iki ulduzu koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, Melis Sezen (Derin) və Alp Akarda (Ali) “COVID-19” aşkarlanıb.

Ev şəraitində müalicə olunan iki tanınmış simanın vəziyyətinin ağır olmadığı açıqlanıb.

Onların virusa yoluxması serial çəkilişlərinin dayandırılması ilə nəticələnib.

Serial bu həftə yayımlansa da, növbəti bölümün tamaşaçı qarşısına çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl serialda Haluk obrazını canlandıran aktyor Burak Sergenin halı anidən pisləşib və o, reanimasiyaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*