Daha bir xəstəxana COVID-19 xəstələri üçün ayrıldıbackend

Daha bir xəstəxana COVID-19 xəstələri üçün ayrıldı

Sabahdan Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası pandemiyaya yoluxanlara ayrılıb.

Qurum rəsmisi hansı xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılacağı ilə bağlı suala belə cavab verib:

“Yoluxmalarla bağlı ehtiyac yaranarsa, mərhələli şəkildə pandemiya ilə mübarizəyə bağlanan xəstəxanalar olarsa, ictimaiyyətə məlumat veriləcək”./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*