David Babayan qondarma qurumdakı “vəzifə”sindən qovulub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan qondarma qurumun “xarici işlər naziri” vəzifəsini icra edən David Babayanı vəzifəsindən azad edib.
Onun “yerinə” əvvəllər qondarma qurumun Ermənistanda daimi nümayəndəsi olmuş Sergey Kazaryan təyin edilib.
Xuraman Etibarlı,
KONKRET.az
