Dəhşətli yanğın baş verdi – Bu ölkədəbackend

Dəhşətli yanğın baş verdi - Bu ölkədə

Fransa və İspaniyada genişmiqyaslı meşə yanğınları səbəbindən 220 mindən çox insan təxliyə edilib.

KONKRET.az xəbər verir ki, Fransanın cənub-qərbində təxminən 200 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Alov 19 min hektardan çox meşə sahəsini bürüyüb, 80-ə yaxın evi məhv edib və Bordo istiqamətində irəliləyir.

İspaniyada isə təxminən 25 min nəfər təxliyə olunub, daha 40 minə yaxın sakinə isə təhlükəsizlik məqsədilə evlərindən çıxmamaq, qapalı məkanlarda qalmaq göstərişi verilib.

 

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*