“Dəməşqdəki səfirliyinə hücum İranın səbr kasasını daşırdı” – Ərdoğanbackend

"Dəməşqdəki səfirliyinə hücum İranın səbr kasasını daşırdı" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili təxribatlarda ittiham edib.

KONKRET.az xəbər verir ki, o, İsraili müxtəlif təxribatlarla Yaxın Şərq münaqişəsinin coğrafiyasını bütün regiona genişləndirməyə çalışmaqda ittiham edib.

“Ötən həftənin sonunda baş verənlər (İranın İsrailə qarşı əməliyyatı) Qərbin ikili standartlarının nəticəsidir və eyni zamanda regionda daha genişmiqyaslı müharibə ehtimalının o qədər də uzaq olmadığını göstərdi. İsrail münaqişəni bütün regiona yaymaq üçün təxribatlara əl atır. Onun beynəlxalq hüquqa zidd olaraq Dəməşqdəki İran səfirliyinə hücumu səbr qədəhini qıran son damla oldu”, – deyə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra yerli telekanallarda bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*