Deputat həbs olundu – Almaniyadabackend

Deputat həbs olundu - Almaniyada

İfrat sağçı “Almaniya üçün Alternativ” partiyasının deputatı qadağan olunmuş totalitar simvolları nümayiş etdirmək ittihamı ilə həbs olunub.

KONKRET.az xəbər verir ki, o tez-tez nasistlərin “Ziq Hayl” qələbə salamını edirmiş.

Yeni seçilmiş 22 yaşlı deputat Daniel Halemba cümə axşamı Bavariya regional parlamentində öz yerini tutmalıdır.

Qeyd edək ki, reyd zamanı polislər onun evindən qadağan olunmuş simvollar tapıb. Almaniya konstitusiyası totalitar rejimlərin simvollarının nümayişini qadağan edir.

Prokurorluq sözçüsü Halembanın bazar ertəsi və ya çərşənbə axşamı günü məhkəməyə çıxarılacağını deyib. İttihamlara irqi zorakılığa təhrik də daxildir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*