ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“İki güclü zəlzələ Venesuela xalqına böyük zərbə vurub, həm də çoxlu insan itkisinə səbəb olub. ABŞ kömək etməyə hazırdır və buna qadirdir. Hökumətimizin bütün qurumlarına tez bir zamanda hərəkətə keçmək üçün hazır olmağı tapşırmışam. Yeni və əla dostlarımız üçün orada olacağıq. Gələn ilkin məlumatlar heç də yaxşı deyil”, – Tramp qeyd edib.
