“Fənərbaxça” onunla razılıq əldə etdibackend

“Fənərbaxça” onunla razılıq əldə etdi

“Fənərbaxça” Fransanın “Marsel” klubunda çıxış edən ingiltərəli ulduz futbolçu Meyson Qrinvud ilə şəxsi razılıq əldə edib.

KONKRET.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

Məlumata görə, “sarı-lacivərdlilər” 24 yaşlı cinah hücumçusu ilə hər bir detalda razılığa gəlib. Lakin transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir.

İstanbul təmsilçisi ingilis futbolçu üçün Fransa klubuna 30 milyon avro+bonuslar olan rəsmi təklif göndərməyə hazırlaşır. Lakin “Marsel” rəhbərliyinin Qrinvud üçün transfer qiyməti gözləntisi daha yüksəkdir. Belə ki, Fransa klubu ulduz oyunçu üçün 50-55 milyon avro tələb edir.

Qeyd edək ki, bir müddət əvvəl “Fənərbaxça”da prezidentliyə namizədlərdən olan Hakan Safi də Qrinvud ilə razılıq əldə etdiyini, lakin klubu ilə danışıqların hələ yekunlaşmadığını bildirmişdi.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*