Deputata məxsusluğu iddia edilən şirkət iri məbləğdə tender sifarişi əldə edib – SƏNƏDLƏRbackend

Deputata məxsusluğu iddia edilən şirkət iri məbləğdə tender sifarişi əldə edib - SƏNƏDLƏR

Deputat Mahir Abbaszadəyə məxsusluğu iddia edilən şirkət iri məbləğdə tender sifarişi əldə edib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatda bildirilir.

Həmin xəbərə görə, “Birinci sifarişin məbləği 9 milyon manata yaxındır. Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur”.

“Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə 2 il əvvəl “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə (“AZ.İNŞAAT-M.V.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Gürcüstanda da qeydiyyadan keçib) verdiyi haqqında sənədlər ortaya çıxanda abırlı davranıb susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi.

Beləliklə, “AZ.İNŞAAT-M.V.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “yoxa çıxdı”.

Lakin… Şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. “MERCURY CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə “AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. “Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib”.

KONKRET.az

P.S. Qeyd edək ki, məsələ ilə bağlı millət vəkili Mahir Abbaszadənin mövqeyini öyrənməyə çalışsaq da, buna müvəffəq olmadıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*