Deputatın erotik kolleksiyası heyrət doğurdu — Sobçak onu “porno manyak” adlandırdıbackend

Deputatın erotik kolleksiyası heyrət doğurdu — Sobçak onu “porno manyak” adlandırdı

Rusiyalı teleaparıcı və jurnalist Kseniya Sobçak Dövlət Dumasının deputatı və teleaparıcı Anatoli Vassermanın erotik təqvimlər kolleksiyasına təəccüblənib.

KONKRET.az xəbər verir ki, Sobçakın Vassermanla müsahibəsi “VK Video” platformasında yayımlanıb.

Jurnalist deputatın mənzilində çəkiliş zamanı otaqlardan birində yarıçılpaq və çılpaq qadınların təsvir olunduğu çoxsaylı təqvimlər görüb.

“Aman Allahım! Aman Allahım! Bunu belə göstərə bilmərik. Bu, manyakın otağıdır”, – deyə Sobçak təəccübünü ifadə edib.

Daha sonra aparıcı Vassermanı “porno manyak” adlandırıb və ondan bu qədər “çılpaq qadına” nə üçün ehtiyac duyduğunu soruşub.

“Kolleksiya üçün. Mənim bir çox kolleksiyam var”, – deyə deputat cavab verib.

Vasserman həmçinin erotik təqvimlərə estetik obyekt kimi baxdığını vurğulayıb.

Vassermanın subaylığı ilə bağlı etirafı

Qeyd edək ki, Anatoli Vasserman daha əvvəl evlənməməsini ciddi səhv adlandırmışdı. O, subay həyatın evlilikdən heç bir üstünlüyünün olmadığını bildirmişdi.

Xatırladaq ki, Vasserman gəncliyində iffət andı içib. Daha sonra ömürlük cinsi əlaqədən imtina etdiyinə görə peşman olduğunu etiraf edib. Lakin o, sözünə sadiq qalmaq istədiyini və andını pozmayacağını vurğulayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*