Qazaxıstanda millət vəkili Daulet Turlıxanovun oğlu hərbi hissədən fərarilik edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Anna Çernova bildirib.
Onun sözlərinə görə, deputatın oğlu hərbi hissədən qaçıb və hazırda istintaq altındadır:
“Mən indicə öyrəndim ki, Milli Məclisin deputatı Daulet Turlıxanovun oğlu Nurasıl Bolat hərbi hissədən qaçıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib”.
Jurnalistlər şərh almaq üçün deputat Daulet Turlıxanova, eləcə də Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə müraciət edib.
Qeyd edək ki, Turlıxanov 2023-cü ilin martında Milli Məclisə deputat seçilib. O, hazırda Beynəlxalq İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvüdür.

İqbal Rzayev,
KONKRET.az
