Almaniya kansleri Olaf Şolz Rusiya qoşunlarının Ukraynaya daxil olmasından əvvəl Vladimir Putini əmin edib ki, Ukrayna yaxın 30 ildə NATO-ya üzv olmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
Almaniya kansleri Putinə NATO-nun heç vaxt Rusiya üçün təhlükə yaratmadığını da deyib.
Qeyd edək ki, fevralın 15-də Şolz Moskvada Putinlə görüşüb. O, Rusiya prezidenti ilə sonuncu dəfə dekabrın 21-də telefonla danışıb.
İqbal Rzayev,
KONKRET.az
