Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.
KONKRET.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidməti məlumatı oxu.az-a təsdiqləyib.
