Doğu Perinçek: “Hər kəs baş verənlərdən nəticə çıxarmalıdır”backend

Doğu Perinçek: "Hər kəs baş verənlərdən nəticə çıxarmalıdır"

Türkiyənin solçu Vətən (Vətən) Partiyasının lideri Doğu Perinçek bildirib ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasının təxribat olduğu ortaya çıxarsa, təəccüblənməyəcək.

KONKRET.az xəbər verir ki, türk siyasətçi daha sonra fikilərini belə əsaslandırıb:

“Mən İran dövlətinin bu məsələ ilə bağlı bəyanatlarına güvənirəm, bunun təsadüf olduğunu dedilər. Mənə də elə gəlir ki, bu, qəzadır, amma qətl olsa, təəccüblənməzdim”.

O qeyd edib ki, İran Amerika və İsraillə qarşıdurma riski ilə üzləşən ölkələrdən biridir.

Türkiyə partiyasının lideri əlavə edib ki, hər kəs baş verənlərdən nəticə çıxarmalı və dövlət liderlərinin qorunmasına daha çox diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl “Türkiyə” qəzeti İran prezidenti İbrahim Rəisinin ölümündə bəzi qəribəliklərin olduğunu qeyd etmişdi. Onlardan biri də odur ki, dövlət başçısı Rusiyanın Mi-171 helikopterlərini idarə etməyə üstünlük versə də, faciə baş verən gün Amerikanın “Bell-212” vertolyotu ilə getməyə qərar verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*