Doha sammitində Qəzzadakı vəziyyət müzakirə ediləcək – Qətər XİNbackend

Doha sammitində Qəzzadakı vəziyyət müzakirə ediləcək - Qətər XİN

Körfəz ölkələrinin liderləri Dohada baş tutacaq illik regional sammiti Qəzza zolağındakı vəziyyəti müzakirə etməyə həsr edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.

“Körfəz ölkələrinin liderləri ilk növbədə İsrail ordusunun mülki infrastrukturu, məktəbləri, xəstəxanaları və yaşayış məntəqələrini kütləvi atəşə tutmaqda davam etdiyi Qəzza zolağı mövzusunu müzakirə etmək üçün dekabrın 5-6-da Dohada bir araya gələcək”, – Əl-Ənsari qeyd edib.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına daxil olan altı ölkənin liderləri ənənəvi olaraq ilin sonunda ən mühüm regional məsələləri müzakirə etmək üçün bir araya gəlirlər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*