“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiqlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Müəyyən edilib ki, “Qaz təchizatı sisteminə dair Qaydalar”da Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
“Qaz təchizatı sisteminə dair Qaydalar”da həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
