Narkotik təsiri altında maşın sürən sürücü həbs edildibackend

Narkotik təsiri altında maşın sürən sürücü həbs edildi

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ. Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*