Dövlət büdcəsinə gömrük daxilolmaları artıbbackend

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmaları 3,56 milyard manata bərabər olub.

KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında bunun ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artım olduğu qeyd edilib.

Hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 974,352 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.

Hesabat dövründə DGK dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,73 faiz yerinə yetirib. Bu müddət ərzində dövlət büdcəsinə proqnozdan əlavə 373,75 milyon manat vəsait köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*