Dövlət Vergi Xidmətində yeni şöbə müdiri TƏYİNATI – FOTObackend

Dövlət Vergi Xidmətində yeni şöbə müdiri TƏYİNATI - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat baş tutub.

KONKRET.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Əmiraslan Əliyev Təşkilati risklərin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2026-cı ilin yanvarından sentyabr ayınadək Dövlət Vergi Xidmətinin daxili audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əmiraslan Əliyev 2023-cü ilin yanvarından 2025-ci ilin dekabrınadək Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində baş audit rəhbəri vəzifəsini icra edib.

O, 2021-ci ilin sentyabrından 2023-cü ilin yanvarınadək “Qala Sığorta” ASC-də, 2018-ci ilin yanvarından 2021-ci ilin avqustunadək isə “Atəşgah Sığorta” şirkətində daxili audit rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin noyabrından 2017-ci ilin dekabrınadək “Atəşgah Həyat” Sığorta Şirkətində də eyni vəzifəni tutub.

Əmiraslan Əliyev 2012-ci ilin iyunundan 2015-ci ilin noyabrınadək “AzerCredit” təşkilatında əvvəlcə daxili auditor, daha sonra isə daxili audit departamentinin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərib.

Onun əvvəlki iş təcrübəsinə 2011-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək “DNS Computers” şirkətində mühasib, 2011-ci ilin yanvarından iyun ayınadək “Nurgun Group”da satınalma üzrə mütəxəssis, 2010-cu ilin sentyabrından dekabr ayınadək isə həmin şirkətdə mühasib vəzifələri daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*