İşdən çıxan şəxsin son əməkhaqqı nə vaxt ödənilməlidir? — Vəkildən AÇIQLAMAbackend

İşdən çıxan şəxsin son əməkhaqqı nə vaxt ödənilməlidir? — Vəkildən AÇIQLAMA

İşdən ayrılan şəxslərin son əməkhaqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və digər ödənişlərin nə vaxt verilməli olduğu əmək münasibətlərində aktual məsələlərdən biridir. 

Bəs əmək müqaviləsinə xitam verilən zaman işəgötürən son haqq-hesabı nə vaxt aparmalıdır? Ödənişlərin gecikdirilməsi qanunvericiliyin tələblərinə ziddirmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

Fuad Məmmədov

Onun sözlərinə görə, elektron sənəd formasında bağlanmış əmək müqavilələrinə xitam verilərkən işəgötürənin müvafiq əmri elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanır və işçinin həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirilir.

Vəkil qeyd edib ki, əmək müqaviləsinə xitam verilən işçi ilə son haqq-hesab sonuncu iş günü aparılmalıdır.

Bu ödənişlərə işçinin işlədiyi müddətə görə ona çatacaq əməkhaqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlər daxildir.

Beləliklə, əmək münasibətlərinə xitam verilərkən işəgötürən işçiyə çatacaq məbləğləri qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablamalı və sonuncu iş günü ödəməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*