Rusiyanın iri neft emalı zavodu vuruldu: yanğın baş veribbackend

Rusiyanın iri neft emalı zavodu vuruldu: yanğın baş verib

Pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki neft emalı zavoduna hücumu nəticəsində müəssisədə güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya və Ukraynanın monitorinq kanalları məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, bu gün səhər saatlarında Ufada bir neçə partlayış səsi eşidilib. Hadisə şahidlərinin yaydığı fotolara əsasən, hücumun hədəfi “Başneft-Novoil” neft emalı zavodu olub.

Hücumdan sonra zavodun ərazisində güclü yanğın başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*