“Dünən həmin yerdə danışıqlar olmalı idi, döyüş başladı” – Qahramanyanbackend

"Dünən həmin yerdə danışıqlar olmalı idi, döyüş başladı" - Qahramanyan

Dünən hadisənin baş verdiyi hissədə danışıqlar getməli idi.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim fraksiyadan olan deputatı Narek Qahramanyan jurnalistlərlə söhbətində deyib.

“Dünən hadisənin baş verdiyi hissədə danışıqlar getməli idi. Azərbaycanlıların maşını bizim hərbçilərə yaxınlaşıb. Lakin maşından atəş açmayıblar.

Ola bilsin ki, bizimkilər elə bilib ki, onlar danışıq aparan şəxslər deyil. Bəlkə də elə bildilər ki, başqa bir hadisə ilə bağlı gəliblər və s. Danışıqlar üçün ora korpus komandiri də orada olub.

Danışıqlar baş tutmayıb və insident baş verib. Belə olub deyirlər”, – deyə deputat əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*