Hazırda dünyada 61 davam edən münaqişə var.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Arkanzas Universiteti və “Statista.com” portalı araşdırma aparıb.
Araşdırmalara görə, ən isti münaqişə bölgəsi Cənubi Asiyadır. Orada 16 münaqişə var. Bunların əksəriyyəti Hindistanla qonşu ölkələr arasındadır.
Ən çox uzanan münaqişə isə 1947-ci ildən bəri davam edən Hindistan və Pakistan arasındakı Kəşmir məsələsidir.
Birbaşa silahlı toqquşmalar olmadan davam edən ən uzun münaqişə isə Koreya yarımadasındadır. Belə ki, 1953-cü ildə iki ölkə arasında aktiv hərbi əməliyyatlar dayandırılsa da, sülh müqaviləsi hələ də imzalanmayıb.
Digər tərəfdən PKK terrorçularının Türkiyə və İranla qarşıdurmaları, Ərəb-İsrail münaqişəsi, Suriyadakı vətəndaş müharibəsi, Qərbi Sahara münaqişəsi dünyada qeyri-sabitliyə öz töhfəsini verir.

İqbal Rzayev,
KONKRET.az
