Dünyada İLK – Alimlər ölmüş donuzları DİRİLTDİLƏRbackend

Dünyada İLK - Alimlər ölmüş donuzları DİRİLTDİLƏR

İnsanların dirilməsi haqqında, təbii ki, hələ ki, söhbət yoxdur. Lakin britaniyalı tədqiqatçılar həyat və ölüm haqqında fikirləri sözün əsl mənasında dəyişiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın Yel Universitetinin alimləri apardıqları eksperimentin nəticələri haqqında “Nature” elmi jurnalında dərc etdikləri məqalədə bildirirlər.

Britaniya alimləri donuzlar üzərində apardıqları təcrübədən sonra əsl irəliləyiş əldə ediblər.

Heyvanlar bir saat ərzində ölüb. Ürəkləri döyünməyib, qanları dövr etməyib, beyin fəaliyyəti olmayıb.

Alimlər nasoslar, sensorlar və borulardan ibarət xüsusi sistem vasitəsilə donuzların cəsədlərinə 13 tibbi preparatdan ibarət xüsusi OrgaxEx maddəsi töküblər.

Bundan sonra donuzların ürək, qaraciyər, böyrək və beyin hüceyrələri yenidən fəaliyyət göstərməyə başlayıb.

Alınmış nəticəyə görə, gələcəkdə belə texnologiya insult xəstələrinin və hətta ürəyi dayanmış insanların ömrünü uzada bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*