Rusiyanın Şimal-Qərb Federal Dairəsi, Yakutiya, Ural və Sibir bölgələrində anomal soyuq havalar gözlənilir.
KONKRET.az yerli mediaya istinadən verdiyi xəbərə görə, Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bu rayonlarda havanın temperaturu iqlim normasından 7-12 dərəcə aşağı olacaq.
Şimal-Qərb Federal Dairəsi, Nenets Muxtar Dairəsi və Kareliya Respublikasında temperaturun mənfi 22 ilə mənfi 29 dərəcəyə enəcəyi gözlənilir. Ural Federal Dairəsinin şimalında, Yamalo-Nenets Muxtar Dairəsi və Xantı-Mansiysk Muxtar Dairəsində havanın temperaturu iqlim normasından 7-16 dərəcə aşağı, mənfi 25-dən mənfi 32 dərəcəyədək isti təşkil edəcək. Taymirdə havanın temperaturu mənfi 31 dərəcəyə enəcək.
Sibir Federal Dairəsinin cənub-qərbi də anormal soyuqdan xilas olmayacaq. Tomsk və İrkutsk vilayətlərində havanın temperaturunun iqlim normasından 8-11 dərəcə aşağı düşəcəyi gözlənilir ki, bu da müvafiq olaraq mənfi 22 və mənfi 21 dərəcə şaxtaya səbəb olacaq.
Aprelin 12-dən isə soyuq hava kütlələri Yakutiyanı əhatə edəcək.
Burhan,
KONKRET.az
