Dünyanın ən etibarlı avtomobilləri AÇIQLANDI – SİYAHIbackend

Dünyanın ən etibarlı avtomobilləri AÇIQLANDI - SİYAHI

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlanıb.

KONKRET.az xəbər verir ki, reytinq “HotCars” portalı tərəfindən tərtib edilib. Buraya 805 min km-dən çox məsafə qət edə bilən avtomobillər daxildir.

Siyahıya 2010-2015-ci illərin Hyundai Elantra avtomobili başçılıq edir. Avtomobil 132 at gücü hasil edən 1,6 litrlik mühərriklə təchiz edilib. 1,6 milyon km-dən çox məsafə qət etməyə qadirdir. Chevrolet Silverado pikap maşını (1988–2002) ikinci, Ford Super Duty (2011–2016) isə üçüncü yeri tutub.

İlk beşliyə həmçinin Toyota Tacoma (2005-2015) və Porsche 911 Turbo (1973-1989) daxil olub.

Siyahıda sonrakı yerləri Honda Accord (1990-1993), Mercedes-Benz E-Class (1993-1996) və Chevrolet Corvette (1997-2004) tutur. Bir qədər zəif nəticələr Volkswagen Golf (2003-2008), Nissan Frontier (2005-2007), Mazda MX-5 (1989-1997) və Ford Mustang (1964-1973) tərəfindən göstərildi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*