Bu gün 64 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş sosial şəbəkədə son paylaşımı ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, 21 saat əvvəl İnstaqram hesabında şəklini yerləşdirən Yerlitaş “Baxdığın yerdəyəm, məndə qal” yazıb. Nurun bu paylaşımı məşhurları kədərləndirib.
Xatırladaq ki, beyin xərçəngindən əziyyət çəkən Nur Yerlitaş 2018-ci ildə əməliyyat olunub. Kimyəvi terapiya qəbul edən modelyer müalicəsini xəstəxanada davam etdirdiyindən televiziyadan uzaqlaşmışdı.

