DYP sürücülərə müraciət etdibackend

DYP sürücülərə müraciət etdi

“Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir”.

Bu sözləri KONKRET.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisinin baş inspektoru, mayor Araz Əsgərli deyib.

“Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik. Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin sürücülərindən yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımıza, bu qayda pozuntularının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularına gündəlik xidmətimizdə tez-tez şahid oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı, özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!” – A.Əsgərli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*