Ebrunun Dubaydakı toyundan – VİDEObackend

Ebrunun Dubaydakı toyundan - VİDEO

Bu gün dördüncü dəfə ailə həyatı quran türkiyəli müğənni Ebru Gündeşin Dubayda baş tutan toyunun görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, bu haqda “Gazetemagazin” paylaşım edib.

Belə ki, videoda iş adamı Murad Özdemirlə evlənən müğənninin evdən çıxdığı anlar və toy karvanının görüntüləri əks olunub.

Xatırladaq ki, 2023-cü ilin dekabrından münasibətdə olan cütlük bu gün Dubaydakı Baş Konsulluqda sadə mərasimlə nikaha giriblər.

Ebru Gündeşdən 12 yaş kiçik olan 37 yaşlı Murat Özdemirin Dubayda şirkəti var. Gündeş də qızının təhsili üçün Dubayda yaşayır və işi ilə bağlı mütəmadi Türkiyəyə gəlib-gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*