Əfqanıstan və İran sərhədində TOQQUŞMA BAŞ VERDİbackend

Əfqanıstan və İran sərhədində TOQQUŞMA BAŞ VERDİ

Əfqanıstan və İran sərhədində toqquşma olub.

KONKRET.az xəbər verir ki, bu barədə 8am.media məlumat yayıb. Məlumatda bildirilir ki, Əfqanıstan-İran sərhədində Talibanla İran sərhədçiləri arasında toqquşma baş verib.

Məlumata görə, insident Əfqanıstanın Zərənc şəhəri (Nimroz əyaləti) yaxınlığındakı “Əbrişəm” körpüsündə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, iranlılar qaçaqmalçılıq yolu ilə yanacaq daşıdığı iddia edilən iki yük maşınına atəş açıb. Onlar dayanma tələbinə cavab verməyib. Birinci avtomobil yola düşə bilib, iranlılar ikinci maşını hərəkətini dayandırmağa məcbur edə biliblər. Bundan sonra sürücünü döyüblər.

Taliban hadisəyə avtomobillərlə iranlı sərhədçilərə atəş açaraq cavab verib. Atışma bir saatdan çox davam edib. Daha sonra tərəflər danışıqlara başlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*