Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 minə çatdı – YENİLƏNİBbackend

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 minə çatdı - YENİLƏNİB

Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.

00:30

KONKRET.az xəbər verir ki, bu barədə TRT kanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 1000-i keçib.

Taliban hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik Heratın Zindecan rayonunda 7 kəndin zəlzələ nəticəsində ciddi ziyan gördüyünü və itkilərin sayının artdığını qeyd edib.

ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib ki, səhər saat 11.00-a olan məlumata görə, Heratda 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3 bal gücündə zəlzələlər qeydə alınıb. Əfqanıstanın İranla sərhədində 4,8, sonra isə 4,9 bal gücündə bir çox zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*