Əhalinin NƏZƏRİNƏ: İnternetin qiyməti bahalaşacaq – SƏBƏB BUDURbackend

Əhalinin NƏZƏRİNƏ: İnternetin qiyməti bahalaşacaq - SƏBƏB BUDUR

Azərbaycanda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sürətinin artırılması istiqamətində aparılan işlər abonentlər üçün daha sürətli və dayanıqlı əlaqə vəd etsə də, bunun maliyyə tərəfi də müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edirlər ki, telekommunikasiya infrastrukturuna yatırılan investisiyalar və artan xərclər gələcəkdə tarif siyasətinə təsir göstərə bilər. Bəs internet sürətinin artırılması tariflərin bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, xidmət keyfiyyətinin artırılması istiqamətində addımlar atılarsa, tariflərdə müəyyən dəyişikliklərin baş verməsi qaçılmazdır.

Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ | KONKRET

Onun sözlərinə görə, artan xərclər fonunda tariflərin də paralel şəkildə yüksəlməsi iqtisadi baxımdan normal hesab oluna bilər:

“Xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə investisiyalar və xərclər tələb olunur. Bu halda tariflərdə də dəyişiklik baş verməsi mümkündür. Lakin hesab edirəm ki, belə qərarlar qəbul olunarkən vətəndaşlara şəffaf şəkildə hesabat təqdim edilməlidir. Gəlir və xərclərin bölgüsü barədə ictimaiyyət məlumatlandırılmalı, abonentlər ödədikləri vəsaitin hansı istiqamətlərə yönəldiyini və bunun müqabilində hansı keyfiyyət göstəricilərinin əldə ediləcəyini bilməlidirlər”.

Ekspert hesab edir ki, mümkün qiymət artımları bütün istifadəçilərə eyni qaydada tətbiq edilməməlidir. Onun fikrincə, tarif siyasəti istifadəçi kateqoriyalarına uyğun diferensial şəkildə qurulmalıdır.

“Tariflər və qiymət artımı ilə bağlı təklif edərdim ki,artım təyinatına uyğun tətbiq edilsin. Məsələn fiziki və hüquqi, həmçinin işləməyən şəxslər üçün fərqli tarif tətbiq edilsin. Məsələn İş yerlərinin xərcləri daha çoxdur, həmçinin də vergi ödəyicisidirlər, yəni həm məşğulluq həm də  büdcəyə ödənilən vergi baxımından faydalıdır. Lakin şəxs əgər fiziki qüsurlu, həssas təbəqə,tələbə deyilsə və internetdən istifadə onun üçün fayda və gəlir təşkil etmirsə həmin qiymət artımı məhz ona tətbiq olunmalıdır– deyə Günay Hüseynova vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*