Belarusda keçirilən prezident seçkilərindəki ilk exit polların məlumatları yayımlanıb: hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 79,7 faiz səs toplayıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Mənbə bildirir ki, Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya 6,8 faiz səs toplayıb. Sonrakı yerlərdə sabiq deputat Anna Kanopatskaya (2,3 faiz), “Həqiqəti danış” birliyinin həmsədri Andrey Dmitriyev (1,1 faiz), Belarus Sosial Demokrat Partiyasının sədri Sergey Çereçen (0,9 faiz) var.
Seçicilərin 9,2 faizi bütün namizədlərə qarşı səs verib.
Səsvermə saat 20: 00-da başa çatıb. Daha əvvəl bildirilirdi ki, saat 18: 00-a kimi səsvermədə iştirak 79 faiz təşkil edib. Belarusda seçki kampaniyası müxalifət namizədlərinin seçkilərə buraxılmaması və həbslərlə bağlı etirazlarla müşayiət olunub.
Hərbi texnika seçki günü etiraz nümayişlərinin qarşısını almaq üçün Minskə gətirilib.
Babək Göyüş
apa