Əli Əsədov qaydada dəyişiklik etdibackend

Əli Əsədov qaydada dəyişiklik etdi

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib.

Nazirlər Kabinetindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilərək müəyyənləşdirilİb ki, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etməklə yerli özünüidarəetmə orqanları ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələri təqdim edir.

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna əsasən bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, forması və verilmə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəsiqə verilir. Ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə təqdim edilməsi nəzərdə tutulduğundan Nazirlər Kabinetinin qərarlarında müvafiq dəyişikliklər edilməsi zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq, Nazirlər Kabineti qərarlarında müvafiq dəyişiklik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*