Elnur Soltanov: COP29-un gündəliyinə 14 məsələ daxil edilibbackend

Elnur Soltanov: COP29-un gündəliyinə 14 məsələ daxil edilib

“COP29 ilə bağlı ya hər kəs birlikdə fəaliyyət göstərməlidir ya da uğursuzluq qaçılmazdır”.

KONKRET.az xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik – COP29” mövzusunda təqdimatdakı çıxışında söyləyib.

O vurğulayıb ki, COP29-da gündəmə gətiriləcək əsas məsələlərdən məqsədlərimizə nail olmaq yolunda maliyyələşmə məsələsidir:

“Təkliflərdən biri belədir ki, maliyyələşmə məsələsi ilə bağlı yeni model müəyyənləşdirməliyik. Biz COP29-un çox gözəl bir fürsət olacağına inanırıq. Azərbaycan tərəfi şəffaf bir mühit yaratmağı qarşısına məqsəd qoyub ki, müxtəlif tərəflər geniş şəkildə müzakirələr müzakirələr apara bilsinlər. Ümumilikdə COP29-un gündəliyinə 14 məsələ daxil edilib. Azərbaycan orada yaşıl dəhlizləri və saxlanma anbarlarının aradılması, su çatışmazlığı məsələlərini gündəmə gətirilməsini önəmli sayır. İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Biz milli öhdəliklərə sadiq olmalıyıq. Ona görə ki, bu öhdəliklərin hər biri önəmlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*