Elşən Nəsirov vəfat etdibackend

Elşən Nəsirov vəfat etdi

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Universitet məlumat yayıb.

Məlumata görə, Elşən Nurəddin oğlu Nəsirov 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olunub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.

Əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışmış, zəngin peşəkar təcrübə qazanıb.

2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə Naxçıvan şəhərində “İdeal” firmasının direktoru vəzifəsində çalışıb. Sonrakı illərdə də müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir.

2020-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasında müəllim kimi çalışırdı.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*