“Əmanətə çevrilməsi üçün verilmirdi” – Prezidentin köməkçisindən 190 manatla bağlı AÇIQLAMAbackend

"Əmanətə çevrilməsi üçün verilmirdi" - Prezidentin köməkçisindən 190 manatla bağlı AÇIQLAMA

“190 manat vətəndaşların bank hesablarında toplanılması və ya əmanətə çevrilməsi üçün verilmirdi”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə aprel və may aylarının ödənişlərini sonrakı aylarda ala bilməyən vətəndaşların müraciətlərinə cavab olaraq deyib.

O bildirib ki, 190 manat üçün müraciət edən şəxslərin kartlarına ödənişlər yerləşdirilsə də, bir ay keçməyinə baxmayaraq o vəsaitdən istifadə etməyən vətəndaşlar olub:

“Düşüncə belədir ki, əgər insanlar ehtiyac üçün müraciət edibsə, vəsait daxil olduqdan sonra istifadə olunmalı idi. Bu vəsait vətəndaşlara yardım kimi verilirdi. Ancaq insan hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, tövsiyə edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin. Məsələnin araşdırılıb ədalətli qərar veriləcəyinə əminəm”.

  • Soltan soltanov
    İyul 21, 2020 - 13:54

    MİLLƏTİ YIĞIRSIZ BANKLARIN QARŞISINA. BANKLARIN İŞÇILƏRİNİDƏ AZALDIRSIZ. BELƏ ÇIXIRKİ HÖKUMƏT BELƏ TOPLANMALARA ŞƏRAİT YARADIR… KARANTİN MİLLƏTƏ ZÜLÜM VERMƏKDƏN BAŞQA BİR ŞEY DEYİL…
    DÜZGÜN, MƏNTİQLİ QAYDALAR TƏTBİQ OLUNSA DAHA YAXŞI OLAR… ƏN YAXŞİ KARANTİN DÖVRÜ SMS İCAZƏSİ TƏTBİQİNƏ BAŞLAYANA QƏDƏR OLDU… ANCAQ EVDƏN İŞƏ GEDƏN GƏLƏN ÇIXA BİLİRDİ…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*