Əminə Ərdoğan humanitar yardıma görə Mehriban Əliyevaya təşəkkür etdibackend

Əminə Ərdoğan humanitar yardıma görə Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya humanitar yardıma görə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, Əminə Ərdoğan bu barədə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir:

“Kədəriniz kədərimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə heyətləri başda olmaq üzrə humanitar yardım təyyarələri ilə ilk gündən etibarən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəkləri üçün şükranlarımı bildirirəm”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*