Ərdəbilin cümə imamı: “Türkiyə və Azərbaycan qonşuluq hüququna hörmət etmədilər”backend

Ərdəbilin cümə imamı: "Türkiyə və Azərbaycan qonşuluq hüququna hörmət etmədilər"

İranın ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Ameli Azərbaycan, Türkiyə və Pakistanın son hərbi təlimlər və manovr keçirməsinə və “Yeni Şafak” qəzetinin bununla bağlı yazdığı məqalənin başlığına fikir bildirib.

“Qafqaz.ir” saytı xəbər verir ki, Ayətullah Ameli bu həftənin cümə namazının xütbələrində bəyan edib: “Türkiyə, Azərbaycan və Pakistanın sərhədlərimizin o tayında birgə hərbi təlimləri başlayıb. Hər bir ölkənin hərbi təlimlər (nizami manovr) keçirmək və istədiyi ölkəni ora dəvət etmək hüququ var, amma burada bir məsələ var ki, biz asanlıqla bunu gözardı edə bilmərik”.

KONKRET.az xəbər verir ki, Ameli əlavə edib: “Təlim ərəfəsində Türkiyə hakimiyyətinin və şəxsən Prezidentinin fikirlərini əks etdirən “Yeni Şafak” qəzeti Azərbaycan parlamentinin deputatına verdiyi müsahibədə “İran xəritədən məhv olur” başlığını seçib”.

O qeyd edib: “İndi ki nə Azərbaycan, nə də Türkiyə qonşuluq hüququna hörmətlə yanaşmadılar, biz İranın Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli “SEPAH”a (İslam İnqilabının Keşikçiləri Korpusu) icazə versin ki, sərhədin bu tayında “İranın gücünün bir zərrəsini” nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz! Allah öz həddini bilənə və həddini aşmayana rəhmət eləsin”.

Ərdəbilin cümə imamı habelə sözügedən millət vəkilinə xitabən deyib: “Bir milçək filin üstündə oturmuşdu və ayağa qalxarkən filə dedi: Özünü möhkəm saxla ki, qalxmaq istəyirəm”. Fil isə cavabında bildirdi: “Mən ki sənin oturduğunu hiss etmədim, o ki qala sən ayağa qalxarkən özümü möhkəm tutum!”

Həsən Ameli həmçinin əlavə edib: “İsrailin Azərbaycandakı səfirinin bizim xütbələrimizi dinlədiyini bilirəm. Mən İsrail səfirindən istəyirəm ki, İsrailə xoş gəlmək üçün belə cəfəng sözlər danışan həmin deputata yaxşı mükafat versin, ona rəhm etsin və məyus etməsin”.

  • Vuqar
    Sentyabr 19, 2021 - 16:15

    Molla ki ,molla! Bunlarin beyni fars sovinizmile o derecede zeherlenib ki,tek elaclari kesilib atilmalidilar!
    Yaziq Cenublu SOYDASLARIMIZ adamin lap ureyi agriyir!

  • Tahir
    Sentyabr 19, 2021 - 20:28

    Sanki bizim mollalar hüzn məclisində hədis söyləyir.Dövlət adından bu qədər düşük, səviyyəsiz danışan da elə başqası yox İran dövləti (mollası) olar. Hərbə zorba danışmaq, blef yapmaq İran mollaxanasının köhnə peşəsidir.
    Xox gəlir amma quyruğu da əsir. Gücümüzdən qorxmursansa nədən bir hərbi təlimə görə tumanını batırırsan? Sogan yeməlisən için niyə göynəyir. Sən İran olaraq sərhədindən qıraqdakılar bir yana sərhədin içərisindəki Azəri türkündən qorx.
    Çünki bilirsən ki, ermənidən sonra növbə sənə çatır. Bəli QORX ki, burdan onlara bir işarə bir dövlət kimi sonunun başlanğıcı olacaq.

  • Ali
    Sentyabr 19, 2021 - 21:43

    Qanı xarabdı bunun . ALLAH molla rejiminin bəlasını versin.

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*