Ərdoğan Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcəkbackend

Ərdoğan Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan arasındakı sülh prosesi də müzakirə olunacaq.

İştirakçılar digər məsələlərlə yanaşı, Ukrayna, İrandakı vəziyyət, eləcə də Yunanıstanla münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Eyni zamanda, görüşdə əsas məsələ “terrorizmlə mübarizə” – Suriya və İraqdakı kürd dəstələri, İraqla sərhəddə “təhlükəsizlik dəhlizi”nin yaradılması olacaq.

Milli Təhlükəsizlik Şurası bu il üçüncü dəfə toplaşacaq. (Publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*