Ərdoğan Rəisi ilə regional məsələləri müzakirə etdibackend

Ərdoğan Rəisi ilə regional məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı zamanı iranlı həmrakı İbrahim Rəisi ilə görüşüb.

KONKRET.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, görüşdə İsrailin Qəzzaya hücumları nəticəsində yaranan humanitar böhran və onun həll yolu üçün atılacaq addımlar, Türkiyə-İran ikitərəfli əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsrailin hücumlarına son qoyulmasının bölgənin və dünyanın sülhünə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə nail olmaq üçün səy göstərməli olduğunu bildirib.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*