Ərdoğan və Tramp arasında telefon danışığı oldubackend

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları Suriyada yaranan vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə, danışığın gedişatında ikitərəfli məsələlər, həmçinin regional mövzular, o cümlədən İdlibdəki son hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşər Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*