Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.
KONKRET.az xəbər verir ki, canlı yayıma telefonla Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da qoşulub.
CHP sədri yardım kampaniyasına bir aylıq maaşını bağışladığını açıqlayıb.
Qeyd edək ki, yayıma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulmuşdu. O, məmurlarla birgə 136 milyon TL yardım toplanıldığını açıqlamışdı.
