Ərdoğanın Səudiyyə Ərəbistanında qaldığı otelin nömrəsi diqqət çəkdibackend

Ərdoğanın Səudiyyə Ərəbistanında qaldığı otelin nömrəsi diqqət çəkdi

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük səfərə gedib.

KONKRET.az xəbər verir ki, ölkə başçısı səfərdən qayıdarkən jurnalistlərə müsahibə verib.

Jurnalistlərdən biri Ərdoğandan Səudiyyə Ərəbistanında qonaq olarkən oteldəki 1453 nömrəli otaqda qalmasının təsadüfi olub-olmasını soruşub.

Prezident isə cavabında deyib ki, əgər bu bilərəkdən edilibsə, çox xoş addımdır.

“İnşaallah, biz də əcdadımızın izi ilə gedərik və uğur qazanarıq” deyə Ərdoğan jurnalistlərə deyib.

Qeyd edək ki, məhz 1453-cü ildə Osmanlı imperiyası tərəfindən İstanbul fəth olunub.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*